Maşına projektor yerləşdirən sürücü təhlükə yaratdı - Video

masina-projektor-yerlesdiren-surucu-tehluke-yaratdi
Oxunma sayı: 2858

Bakıda avtomobilinə projektor yerləşdirən sürücü digər hərəkət iştirakçılarına təhlükə yaradıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, Heydər Əliyev prospektində hərəkətdə olan “Toyota PriusV” markalı avtomobilin baqaj hissəsində yerləşdirilən projektorun işlək vəziyyətdə olması ətrafa geniş işıq saçıb. Bu da digər sürücülərin problem yaşamasına səbəb olub.

Baş vermiş hadisənin görüntülərini təqdim edirik: