Mask öz sosial şəbəkəsinin qaydalarını pozmaqda günahlandırıldı

mask-oz-sosial-sebekesinin-qaydalarini-pozmaqda-gunahlandirildi
Oxunma sayı: 1027

Amerikalı sahibkar və “X” sosial şəbəkəsinin sahibi İlon Mask öz platformasının qaydalarını pozmaqda ittiham olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Bildirilib ki, Mask öz paylaşımlarından biri üçün istifadəçilərə aldadıcı ola biləcək nəşrlərə kontekst əlavə etməyə imkan verən “İcma qeydləri” funksiyasını söndürüb.

Bu hərəkətin platformada məlumatın manipulyasiyasını qadağan edən “X” qaydasını pozduğu bildirilir.