Maskın istəyinə Ərdoğandan cavab

maskin-isteyine-erdogandan-cavab
Oxunma sayı: 6340

“Hörmətli İlon Mask, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST”də gələn il sizi görməkdən çox məmnun olarıq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn il “TEKNOFEST”ə şəxsən qatılacağını bildirən Tesla və SpaceX-in baş icraçı direktoru (CEO) İlon Maska sosial media hesabında cavablayarkən yazıb. 

Prezidentin sözlərinə görə, gələcəkdə qarşılıqlı əməkdaşlıq sayəsində bir çox sahələrdə bəşəriyyətə böyük töhfələr verə biləcəklərini vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ-li milyarder İlon Mask sosial media hesabında növbəti il “TEKNOFEST”də iştirak edəcəyini bildirmişdi. Festivaldan görüntülər paylaşan Mask yarışlarda iştirak edən bütün komandaları təbrik etmişdi. 

Xatırladaq ki, iki həftə öncə Rəcəb Tayyib Ərdoğanla İlon Mask Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə görüşmüşdü. Görüş zamanı Ərdoğan İlon Maskı Türkiyəyə dəvət etmişdi.