“McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - Fotolar

mcdonalds-azerbaycan-internat-mektebi-sagirdleri-ucun-ekoloji-layiheye-start-verir
Oxunma sayı: 1269

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələr həyata keçirilir. Bunlardan biri də “McDonald’s Azərbaycan” ​şirkətinin “Care Group” şirkəti ilə birgə həyata keçirdiyi “Eco-Ambassadors” adlı təşəbbüsdür. Layihə çərçivəsində internat məktəbinin şagirdləri üçün maarifləndirici və praktiki seminarlar keçiriləcək.

İlin sonunadək davam edəcək layihədə 11 saylı internat məktəbindən 100-dən çox yeniyetmə iştirak edəcək.

Layihənin əsas məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması və mühüm ekoloji problemlər haqqında məlumatlılığın artırılmasıdır. Bu təşəbbüs gənc nəsildə ətraf mühitə qarşı məsuliyyət hissinin inkişafına kömək edəcək.

Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması və plastik tullantıların idarə olunması üçün konteynerlərin quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması və digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətlər yeniyetmələr arasında xüsusi bacarıqların inkişafına kömək edəcək.

Layihənin həyata keçirilməsi üçün ekologiya üzrə ekspertlər və müəllimlərlə məsləhətləşmələr əsasında fərdi təhsil proqram təminatı işlənib hazırlanacaq.

Bütün bu tədbirlər “McDonald's Azərbaycan” şirkətinin əməkdaşları ilə birgə həyata keçiriləcək. Ətraf mühitin mühafizəsi daim şirkətin prioritet istiqamətləri sırasında olub və bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.