MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu tarixdə keçiriləcək

mdb-xarici-isler-nazirleri-surasinin-novbeti-iclasi-bu-tarixde-kecirilecek
Oxunma sayı: 1527

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, - o vurğulayıb.