“Mədəniyyətimizi ləğv etməyə çalışırlar”

medeniyyetimizi-legv-etmeye-calisirlar
Oxunma sayı: 2307

Rusiya Prezidenti Vladimir Putin rus mədəniyyətinin ləğvindən danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun plenar iclası zamanı bildirib.

“Ümumiyyətlə, son zamanlar mədəniyyətimizi ləğv etməyə çalışırlar. Çalışırlar deyirəm, çünki bunun mümkün olmadığını başa düşürük. Amma buna baxmayaraq, əsl azadlıq və mərhəmət, insan sevgisi, mənəviyyat üzərində qurulan mədəniyyəti ləğv edirlər”, - deyə o qeyd edib.

Putin əlavə edib ki, Rusiyanın ləğv siyasətinin özü anti-mədəni və irqçidir.