Medvedevdən terror aktı ilə bağlı - Paylaşım

medvedevden-terror-akti-ile-bagli
Oxunma sayı: 14370

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskva vilayətindəki konsert zalında baş vermiş terror aktı ilə bağlı münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq prezident teleqram kanalında yazıb.

“Terrorçuların başa düşdüyü ancaq cavab terrorudur. Onlara heç bir məhkəmə və təhqiqat kömək etməyəcək... Əgər onların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilərsə, onların hamısı tapılmalı və terrorçu kimi amansızca məhv edilməlidir. O cümlədən bu cür vəhşiliyə yol verən rəsmi şəxslər də”, - deyə siyasətçi qeyd edib.