Məhəbbət Vəliyeva gündəmə yeni şirkəti ilə gəldi

mehebbet-veliyeva-gundeme-yeni-sirketi-ile-geldi
Oxunma sayı: 17232

Azərbaycanın təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva şirkət yaradıb.

“Qafqazinfo” xəbər verir ki, onun sahibi olduğu “Savad Mərkəzi” MMC-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 184, mənzil 3, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Məhəbbət Məhərrəm qızı Vəliyevadır.

Həmçinin oxuyun: “Teknofest-2023” поздравил азербайджанских студентов с победой

Xatırladaq ki, M.Vəliyeva 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. 2018-2020-ci illərdə Azərbaycanın təhsil nazirinin müavini olub.

Cəmi iki il sonra nazir müavini postundan getməsi ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu. Rəsmi məlumatlarda, M. Vəliyevanın səhhətində yaranan problemə görə öz istəyi ilə vəzifədən azad edildiyi bildirilsə də, mediada onun hicab taxdığı üçün vəzifəsindən getdiyi deyilirdi. 

Qeyd edək ki, M.Vəliyevə daha sonra əri ilə məhkəmə çəkişməsinə görə gündəmə gəlmişdi.