Məhəmmədrəsul niyə davam edə bilmədi? - “Gözünün içindən qan gəlirdi...”

mehemmedresul-niye-davam-ede-bilmedi
Oxunma sayı: 5928

Xəbər verdiyimiz kimi, Olimpiya Oyunlarının boks yarışlarında superağır çəkidə (+91kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/8 final görüşündə zədə ucbatından uduzub.

O, qazaxıstanlı İvan Diçko ilə görüşdə gözündən zədələnib və rəqibinə texniki qələbə verilib.

Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı boks üzrə illi komandanın Baş mәşqçisi Nәriman Abdullayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlama verib:

“Məhəmmədrəsulun gözünün içindən qan gəlirdi, rəqibin barmağı onun gözünə girmişdi. Həkim döyüşməyə davam etməyə icazə vermədi. Amma birinci raund bizim idi, əsas məsələ zədə oldu.

Məmmədrəsul əlbəttə ki, oynamaq, davam etmək istəyirdi, sadəcə olaraq bəxti gətirmədi. Həkimlər bu məsələdə heç nə edə bilməzdilər, bu halda oynamağa icazə verilmir”.

Nәriman Abdullayev əlavə edib ki, boks yarışlarındakı idmançılarımıza hələ də ümid var:

“Elvin Məmişzadəyə, Teymur Məmmədova, Lorenzoya ümidimiz var. Hər halda Teymur keçən döyüşdə yaxşı işlədi, rəqiblər də hədiyyə deyillər ki, hamısı güclüdürlər. Amma düşünürük ki, Teymur qələbə qazanmalıdır. Elvində də yaxşı analiz gedir, o da dünya çempionatında güclü rəqibləri udub”.

“Boksçularımızın indiyə qədərki döyüşlərini necə xarakterizə edə bilərsiz?” sualına məşqçi belə cavab verib:

“Yenilik kimi Kamran Şahsuvarlını kəşf etdik. Çünki ilk dəfə idi, onun elə də böyük təcrübəsi yoxdu. Rusiyalını məğlub etdi, ona inamımız bir az da artdı. Gələn döyüşə də ümidvarıq. Ümumiyyətlə, məğlub olmaqlarına baxmayaraq hamısı yaxşı döyüşdülər”.