Mehmanın müalicəsi üçün lazım olan pul toplandı

mehmanin-mualicesi-ucun-lazim-olan-pul-toplandi
Oxunma sayı: 9293

Bloqqer Mehman Hüseynovun müalicəsi üçün tələb olunan pul artıq toplanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə M. Hüseynov sosial şəbəkədə məlumat verib. O qeyd edib ki, sağalması üçün tələb olunan məbləğ cəmi 2 günə toplanıb: “Bu, heç kimə zarafat gəlməsin. Cəmi 2 günə tələb onunan məbləğin 98%-i milli pulumuzla, 140 000 AZN toplandı. Bu, Azərbaycanda ilk dəfə idi. Sıravi vətəndaşlar həmrəy oldular və nəticəsi ortadadır.

Təsəvvür edin, İsveçrə həkimləri, burada məni tanıyan xarici dostlar, təşkilatın üzvləri- hamı şokdadır. Bu, necə baş verdi? Bu məbləğin belə sürətlə, qısa bir vaxtda yığılmasını heç vaxt görməyiblər. Və mən bir daha öz ölkəmlə, öz xalqımla fəxr elədim. Siz mənə sahib çıxdınız.

Mənə maddi-mənəvi dəstək olan, dua edən hər kəsin qarşısında baş əyirəm. Artıq 1-ci gündən müalicəm başlayır və yığılan məbləğin hər bir qəpiyinin hesabatını sizə verəcəm”.