MEMATT sınaqlardan uğurla çıxdı - Video

mematt-sinaqlardan-ugurla-cixdi
Oxunma sayı: 6934

Türkiyənin müdafiə sənayesinin istehsalı olan mexaniki minatəmizləyən maşın  MEMATT sınaqlardan uğurla keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Qardaş ölkə Azərbaycana ixrac etdiyimiz MEMATT 2020-ci ilin oktyabr ayından Milli Minatəmizləmə Mərkəzimiz tərəfindən beynəlxalq standartlarda sertifikatlaşdırma testlərinə cəlb olundu və bütün testlərdən keçərək tam qiymət aldı”, deyə Türkiyə MN-nin məlumatında bildirilir.

Qeyd edək ki, MEMATT 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini sürətləndirmək üçün Türkiyədən 20 ədəd MEMATT alıb.