“Mən burda kimisə fərqləndirməyəcəm”

men-burda-kimise-ferqlendirmeyecem-
Oxunma sayı: 638

- Normal oyun oldu. Ən böyük problemimiz əlavə dəqiqələrdə qol buraxmağımızdır. Keçən seçmə mərhələdə də belə idi, bu seçmə mərhələdə də. Bizimkilər 90 dəqiqədən sonra sanki dayanırlar. Oyunun bitdiyini hiss edirlər. Yenə belə oldu və nəticədə qələbəni əldən verdilər.

- Heç-heçəni necə dəyərləndirərdiniz?

- Normal nəticə oldu. Rəqib meydanında 1 xal da böyük nəticədir. Komandanı təbrik edirəm.

- Qələbənin bir addımlığında olsaq da, son saniyələrdə qol buraxdıq...

- Bəli. Final fitinə 20-30 dəqiqə qalmış qalsaydı, o qədər üzücü olmazdı. Onda nəticəni sevinə-sevinə qəbul edərdik. Ancaq indi bir az üzücü oldu ki, qolu axırıncı dəqiqələrdə, saniyələrdə buraxdıq.

- Milli bu il keçirdiyi 4 oyuna 2 xal topladı. Özü də bu oyunlardan son 3-nü səfərdə keçirmişik. Nəticəni nə dərəcədə qənaətbəxş sayırsınız?

- Normal. Fikirləşirəm ki, qarşıya qoyduğumuz vəzifəni – gənc futbolçuların yığmaya gətirilməyi məsələsini artıq həyata keçiririk. Gördünüz ki, oyunda çoxlu gənc futbolçularımız vardı. Bunlar milliyə yeni çağırılmış oyunçular idi. Həmin oyunçuların siyahısını artırmaq lazımdır. Yenə seçim etmək lazımdır. Bu seçim nəticəsində yeni oyunçular gözəl oyunçular üzə çıxarmaq olar.

- Millidə ən çox kimin oyunu daha ürəyinizcə oldu?

- Hamısının. Futbol kollektiv oyundur. Mən burda kimisə fərqləndirməyəcəm.

- Yığmamızda debüt edən gənc futbolçular oldu. Onlardan razı qaldınız?

- Hamısı çox çalışırdılar. Zəhmət çəkirdilər. Əvvəl dediyim kimi, bizim fikrimiz milliyə yenə gənc futbolçular gətirməkdir ki, oyunçumuz çox olsun. /SIA/