“Mən öləndə heç kim yasa gəlməsin...” - Əməkdar artist

men-olende-hec-kim-yasa-gelmesin
Oxunma sayı: 9502

Əməkdar artist Nübar Novruzova həmkarı Gülnar Salmanovanın yas mərasiminə qatılıb.

“Qafqazinfo”nun məlumatına görə, həmkarının vəfat etməsinə üzüldüyünü bildirən aktrisa vəsiyyətini açıqlayıb:

“Dəyərli həmkarlarım Nuriyyə Əhmədova, Gülnar Salmanova vəfat etdi. Yəqin, növbə bizə çatıb. Mən vəfat edəndə heç kimin yas mərasimimə gəlməyini istəmirəm. Yanımda ancaq qızım olsun. Qızıma da tapşırmışam ki, gələnləri qapıdan qovsun. Baş daşı da qoyulmasını istəmirəm, məni sakitcə aparıb basdırsınlar”.

Könül
Fotolar: Nuran Məmmədov