“Mən onların qəlbindəki şeytanı mələyə çevirəcəm” - Bakı meri

men-onlarin-qelbindeki-seytani-meleye-cevirecem-baki-meri
Oxunma sayı: 689

Bu gün Bakı meri Hacıbala Abutalıbov Qış bulvarı”nda işlərin gedişi ilə maraqlanıb. “Qafqazinfo”nun Azadlıqradiosuna istinadən məlumatına görə, Hacıbala Abutalıbov Gül Bayramı üçün görülən işlərdən, ərazidə olan əhalinin köçürülməsindən danışıb.

O qeyd edib ki, Heydər Əliyevin doğum günü üçün keçən ilkindən 2 dəfədən çox gül gətiriləcək. Hacıbala Abutalıbov həmçinin insanların ərazidən köçürülməsinə də münasibət bildirib: «Bütün bunlar şəhərimizin abadlaşdırılması üçündür. İnsanların heç birində narazılıq yoxdur. Xahiş edirəm onlardasn yaxşını yaxşı görsünlər, pisdə də yaxşı görsünlər. Mən onların qəlbindəki şeytanı mələyə çevirəcəm»