“Mənim kişim qarnımdakı oğlanlarımdı...” - Ruhi

menim-kisim-qarnimdaki-oglanlarimdi-ruhi
Oxunma sayı: 2379

Ruhi xanım hamiləliyi ilə bağlı uzun müddətdir ki, Türkiyədə olduğunu, bunu bütün dost-tanışların da bildiyini deyib: “Mən son vaxtlar ümumiyyətlə Almaniyada olmamışam. Bir də ki, bu gün-sabah övladlarının dünyaya gələcəyini gözləyən bir qadın necə ola bilər ki, ər haqqında düşünsün? Mən nəinki, hansısa deputat, ümumiyyətlə heç bir kişi haqqında düşünmürəm. Allahım məni bir qadın kimi ən böyük arzuma çatdırıb və mənim kişim qarnımdakı oğlanlarımdır” .

Qeyd edək ki, bu gün publika.az portalı Ruhinin deputatlardan biri ilə ailə qurmağa hazırlaşdığı haqda xəbər yayıb.