Meqan bu hərəkətinə görə qınanıldı - Video

meqan-bu-hereketine-gore-qinanildi
Oxunma sayı: 5254

Meqan Marklın polo komandasının qələbəsini qeyd etmək üçün foto çəkdirən qadının şahzadə Harrinin yanında dayanmasına icazə verməməsi müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Floridada keçirilən polo yarışında çəkilmiş həmin anın videosu internetdə yayılıb.

Videoda Meqan Marklın qadına şəkil çəkdirmək üçün şahzadə Harrinin yanında dayanmağa icazə verməməsi, əli ilə kənara çəkilməsini bildirməsi əks olunub.

İzləyicilər hersoginyanı bu davranışına görə qınayıblar.