Mərakeşdə zəlzələdə ölənlərin sayı 632 nəfərə çatdı - Video + Yenilənib

merakesde-zelzelede-olenlerin-sayi-632-nefere-catdi
Oxunma sayı: 8271

Ötən gün Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

***

Baş verən güclü zəlzələ nəticəsində azı 93 nəfər həlak olub.

Onlardan 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində ölüb.

***

Ölənlərin sayı 296 nəfərə yüksəlib.

Təbii fəlakət nəticəsində 153 nəfərin xəsarət aldığı da bildirilir.

Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, onların hamısı xəstəxanaya yerləşdirilib.

***

Mərakeşin Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində həlak olanların sayı 632 nəfərə çatıb.

Daha 329 nəfər isə yaralanıb.