Mesajlaşma platformalarını özündə birləşdirən proqram təqdim olundu

mesajlasma-platformalarini-ozunde-birlesdiren-proqram-teqdim-olundu
Oxunma sayı: 2789

“Beeper” yeni messencerini təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, bu messenceri xüsusi edən mesajlaşma platformalarını bir proqramda birləşdirməsidir.

Belə ki, “Beeper”, “iMessage” istisna olmaqla, 14 tanınmış ani mesajlaşma platformasını birləşdirən bir növ mərkəzdir.

Feysbuk, teleqram, siqnal, vatsap, instaqram və linkedin kimi hesabları birləşdirən əsas funksiyasından əlavə, “Beeper” bütün çatlar üçün qlobal axtarış, dialoqların arxivləşdirilməsi, bildirişlər, şəkillər və videoların göndərilməsi, bir sözlə, müasir messencerlərə xas olan bütün digər funksiyaları təklif edir.

Qeyd edək ki, tətbiq bütün sistem qurğuları üçün əlçatandır.