Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var - Foto

mescidin-qarsisinda-yuk-masini-asdi-xesaret-alanlar-var
Oxunma sayı: 1869

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən  “Qafqazinfo”ya verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza verilən məlumata görə, bu gün saat 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, “Lukoil” yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.