“Məscidül-Əqsa”da cümə hüznü... - Fotolar

mescidul-eqsada-cume-huznu
Oxunma sayı: 5003

İsrail-HƏMAS münaqişəsi başlayandan Şərqi Qüdsdəki “Məscidül-Əqsa”da müsəlmanların namaz qılmaları üçün məhdudiyyətlər qoyulub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu gün də cümə namazından əvvəl məscid ətrafında eyni səssizlik hökm sürüb.

Belə ki, lentə alınmış fotolarda da məscidin içərisinin və həyətinin boş olduğu görülüb.

Qeyd edək ki, bölgəyə İsrailin nəzarəti və fələstinlilərin burada ibadət etməsi müəyyən zamanlarda məsciddə silahlı insidentlərin olmasına və insan ölümlərinə səbəb olub. Bunlardan ən geniş yayılmışı da 2021-ci ilin Ramazan ayında qeydə alınıb. Hazırda isə həmin məsələ İsrail və Fələstin arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarıb.