“Meşə park”da huşsuz halda tapılan kişi öldü

mese-parkda-hussuz-halda-tapilan-kisi-oldu
Oxunma sayı: 1892

Bakıda 39 yaşlı kişi naməlum şəraitdə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 8-i saat 21 radələrində 1986-cı il təvəllüdlü Xəyyam Əli oğlu Vəliyev Yasamal rayonu Alatava qəsəbəsində yerləşən “Meşə park”da huşsuz vəziyyətdə aşkar edilib.

O həmin yerdən Kliniki Tibb Mərkəzə aparılıb. Lakin X.Vəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.