Məşhur futbolçu buna görə həyat yoldaşından boşandı - Foto

meshur-futbolcu-buna-gore-heyat-yoldasindan-bosandi
Oxunma sayı: 3340

 “Real” və “Çelsi” nin keçmiş futbolçusu Jeremi Ncitap həyat yoldaşından ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun uşaqlarının həqiqi atası olmadığını öyrənməsidir.

DNT testi etdirən J.Ncitap uşaqların həyat yoldaşının keçmiş ərindən olduğunu öyrəndiyi üçün məhkəməyə müraciət edib.  

Qeyd edək ki, 45 yaşlı futbolçu, karyerasını 2011-ci ildə başa vurub. İngiltərə, İspaniya, Türkiyə və Yunanıstanda müxtəlif klublarda oynamış J.Ncitap hazırda məşqçi kimi çalışır.