Messi Çe Gevara obrazında təqdim edildi - Foto

messi-ce-gevara-obrazinda-teqdim-edildi
Oxunma sayı: 1496

Fransanın məhşur “L'Equipe” nəşri “Barselona”nın ulduzu Lionel Messinin şəklini maraqlı formada təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, nəşr onu Latın Amerikasının məşhur argentinalı inqilabçısı Ernesto Çe Gevara obrazında təqdim edərək üzərinə “Barselona”nın Çesi” yazısını yerləşdirib. 

Buna səbəb kimi isə koronavirus pandemiyasına görə Messinin “Barselona”nın futbolçularının maaşlarının 70 faiz azaldılması təklifini irəli sürməsi göstərilib.