Mətanət İsgəndərlidən Elşad Abdullayev qadağası

metanet-isgenderliden-elsad-abdullayev-qadagasi
Oxunma sayı: 722

“Qafqazinfo”nun məlumatına görə, müğənni “Gəl xoşbəxt olaq” mahnısına çəkdiyi klipi məhz “21 dekabr”da-sabah təqdim edəcək. Bunu isə əməkdar artistin “qiyamət” barədə yayılan şayiələrə inanmadığı ilə bağlamaq olar.

Son günlər Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı tez-tez mediada gündəmə gələn müğənni jurnalistlərə Elşad Abdullayevin videosu ilə bağlı qadağa youb. O, jurnalistlərə əvvəlcədən bu mövzuda danışmamağı tapşırıb.

Belə ki, xanım müğənni Mahir Abdullayevlə bağlı olan suallara cavab verməyəcəyini və ona bu cür suallar ünvanlanmaması barədə jurnalistlərə xəbərdarlıq edib.

Qeyd edək ki, Mətanət İsgəndərlinin “Gəl xoşbəxt olaq” klipinin rejissoru Ülviyyə Könülün qardaşı Ceyhun Kərimovdur.

Aynur Babayeva