Metropoliten sədri Rəsulzadənin büstünü niyə sökdü?- - Açıqlama

metropoliten-sedri-resulzadenin-bustunu-niye-sokdu-
Oxunma sayı: 3122


N. Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, M. Rəsulzadənin büstü 25 il bundan əvvəl metronun depo ərazisində qoyulub: “Vaxtilə həmin büst keyfiyyətsiz materialdan  hazırlanıb və demək olar ki, yararsız vəziyyətdə idi.  Keçən il QSC yarandıqdan sonra metronun hər yerində təmir-bərpa işləri aparılır. Depo ərazisində biz böyük işlər görmüşük. İşçilər üçün yeməkxana inşa edilib, park salınıb, abadlaşdırılma işləri aparılıb. Rəsulzadənin  büstünün yerləşdiyi ərazidə də təmir bərpa işləri gedirdi. Müəyyən mənada büstün orada qalması hörmətsizlik olardı, çünki tam yararsız vəziyyətdə idi. Biz çalışdıq ki, onu restavrasiya edək, amma elə keyfiyyətsiz materialdan hazırlanıb ki, bərpa etmək mümkün olmadı. Ona görə də təmir- bərpa işləri zamanı həmin büst oradan götürülüb, amma dağıdılmayıb. Əgər bərpa edə bilsəydik, yerində də qala bilərdi”.

Rəsulzadənin büstünün yerində mərhum prezident Heydər Əliyevin büstünün qoyulmasına məsələsinə də münasibət bildirən N. Paşayev qeyd edib ki, Depo ərazisində ümummilli liderimizin büstü bir il bundan əvvəl qoyulub: “Heydər Əliyevin büstü bizim təzə saldığımız parkın ərazisində qurulub.  Bu büstlə Rəsulzadənin büstü arasında hardasa 1 km  məsafə var. Yəni Heydər Əliyevin büstünün Məhəmməd Əmin Rəsulzadənin büstünün yerində qoyulması ilə bağlı yayılan məlumatlar doğru deyil”.

Günel  Türksoy