Mikroavtobus aşdı, yaralılar var- - Tərtərdə+Fotolar

mikroavtobus-asdi-yaralilar-var-
Oxunma sayı: 1152


“Qafqazinfo” xəbər verir ki, rayon polis şöbəsindən verilən məlumata görə, Tərtər-Bərdə magistral avtomobil yolunun 3-cü km-də Tərtərin bürünc kəndində “Ford” markalı mikroavtobus aşıb. Rayon sakini Ədalət Musayevin idarə etdiyi “Ford Vektra” sərt döngəni nəzərə almayaraq idarəetməni itirib və aşıb. 

Qəza zamanı avtomobildə sərnişin qismində olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon xəstəxanasına göndərilib. 

Polis hadisə yerində araşdırma aparır. 

Anar Həşimov