Millət vəkilinin bacısı qızı faciəli şəkildə öldü

millet-vekilinin-bacisi-qizi-facieli-sekilde-oldu
Oxunma sayı: 7845

Millət vəkili, professor Musa Qasımlının ailəsinə ağır itki üz verib.
 
"Qafqazinfo" BakuPost.az-a istinadən xəbər verir ki, deputatın bacısı qızı Xalidə Rzayeva faciəli şəkildə vəfat edib. Onu yaşadığı Sumqayıt şəhərində avtomobil vurub. 

***

Musa Qasımlı “Qafqazinfo”ya bildirib ki, hazırda hadisə ilə bağlı istintaq gedir: “İstintaqın nəticəsini bilmədən bir şey söyləmək doğru olmaz. Bacım qızı ailəli idi, 3 övladı var”.