Millimiz Belçikaya məğlub oldu - Video - Yenilənib

millimiz-belcikaya-meglub-oldu
Oxunma sayı: 11310

Bu gün Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsində növbəti matçına çıxır.

“Qafqazinfo” xəbər verir ki, F qrupunda mübarizə aparan Canni de Byazinin yetirmələri “Dalğa Arena”da Belçika yığması ilə qarşılaşacaq.

Millimiz tsikldə ikinci ev matçına çıxacaq. Komandamız hazırda 1 xalla qrup sonuncusudur.

AÇ-2024-ün seçmə mərhələsi F qrupu 9 sentyabr.

17:00. Azərbaycan – Belçika Baş hakim: Nenad Minakoviç (Serbiya) Bakı. “Dalğa Arena”.

***

Komandaların start heyətləri açıqlanıb:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku

Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi

Baş məşqçi: Domeniko Tedesko

***

Matç başladı.

***

Azərbaycan - Belçika matçında hesab açılır. Matçın 38-ci dəqiqəsində Yannik Karasko qonaqları hesabda önə çıxarır - 0:1.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Oyun başa çatdı. Millimiz 0:1 hesabı ilə məğlub oldu.