Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşacaq.
Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 17 xalla 2-cidir. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır.
Avro-2024, seçmə mərhələ, 10-cu tur
19 noyabr
21:00 Belçika - Azərbaycan
Baş hakim: Georg Boqar (Macarıstan)
***
AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Belçika və Azərbaycan millilərinin start heyətləri açıqlanıb.
Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k)
Baş məşqçi: Domeniko Tedesko
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov
Baş məşqçi: Canni De Byazi
***
Matç başladı
***
Belçika hesabı açdı.Lukaku, 17-ci dəqiqədə fərqləndi
***
Eddi İsrafilov 24-cü dəqiqədə qırmızı vərəqə aldı.
Lukaku het-trik edir. O, 27 və 30-cu dəqiqələrdə fərlqənir.
***
Lukaku poker edir. 37-ci dəqiqədə o hesabı 4:0 edir.
***
İlk hissə bitdi
***
İkinci hissə başladı
***
Torssard 90-cı dəqiqədə fərqləndi. Hesab 0:5
***
Matç bitdi.