Millimiz gerilədi

millimiz-geriledi
Oxunma sayı: 1541

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "futsalworldranking.com" məlumat yayıb.

Azərbaycan yığması sıralamada 1 pillə geriləyib. Hesabında 1391 xalı olan Joze Alesionun yetirmələri cədvəldə 14-cüdür. 

Qeyd edək ki, siyahının ilk üç pilləsində müvafiq olaraq İspaniya (1791), Braziliya (1780) və Argentina (1741) qərarlaşıb.