Millimiz Gürcüstana yenə uduzdu

millimiz-gurcustana-yene-uduzdu
Oxunma sayı: 1445

Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Vitali Borisovun komandası Tbilisidə Gürcüstan yığması ilə qarşılaşıb. Tibilisi İdman Sarayında keçirilən matç Gürcüstan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar iki gün əvvəl də üz-üzə gəliblər və Azərbaycan millisi Gürcüstana 2:3 hesabı ilə uduzub.