Millimiz ilk qələbəsini qazandı - Yenilənib - Video

millimiz-ilk-qelebesini-qazandi
Oxunma sayı: 9618

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, yığmamız bu gün Estoniya ilə qarşılaşacaq.
 
Canni de Byazinin yetirmələri Tallində rəqibin qonağı olacaq. Hazırda hər iki komandanın aktivində 1 xal var. Bu matç qrupda sonuncu yeri tutmamaq baxımdan böyük önəm daşıyır.
 
Bakı vaxtı ilə saat 20:00-da start götürəcək görüşü almaniyalı Robert Şröder idarə edəcək.
 
AVRO-2024-ün seçmə mərhələsi
VII tur
13 oktyabr

 
20:00. Estoniya - Azərbaycan
Baş hakim: Robert Şröder
Tallin. “Le Koq Arena” .

Komandaların start heyətləri açıqlanıb:

Estoniya: Karl Yakob Hein, Marten Kuusk, Artur Pikk, Mattias Kayt, Rasmus Peetson, Georgi Tunyov, Maksim Paskotşi, Konstantin Vassilyev (k), Martin Miller, Markus Poom,  Henri Anier

Ehtiyat oyunçular: Matvey İqonen, Karl Andre Vallner, Erik Sorqa, Sergey Zenyov, Henrik Oyamaa, Martin Vetkal, Marko Lukka, Mixael Lilander, Ken Kallaste, Boqdan Vaştşuk,  Vlasi Sinyavski

Azərbaycan: Şahruddin Məhəmmədəliyev,  Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Höccət Haqverdi, Rahil Məmmədov, Toral Bayramov, Aleksey İsayev, Coşqun Diniyev,  Emin Mahmudov (k), Mahir Emreli, Ramil Şeydayev

Ehtiyat oyunçular: Səlahət Ağayev, Rəşad Əzizov, Yusif Nəbiyev, Renat Dadaşov, Emil Səfərov, Cəlal Hüseynov, Bəxtiyar Həsənalızadə,  Elvin Camalov, Ozan Can Kökçü, Filip Ozobiç, Qismət Alıyev,  Musa Qurbanlı

***

Matç başladı.

***

9-cu dəqiqədə millimiz hesabı açdı. Toral Bayramov fərqləndi.

***

45+2-ci dəqiqədə Ramil Şeydayev penaltidən fərqlənməklə hesabı 2:0 edir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Oyun başa çatdı. Millimiz Estoniya üzərində 2:0 hesablı qələbə qazandı. Bu, yığmamızın qrupda ilk qələbəsidir.