Mingəçevirdə bu dəfə məktəbdə yanğın oldu

mingecevirde-bu-defe-mektebde-yangin-oldu
Oxunma sayı: 483

Mingəçevirdə 19 nömrəli tam orta ümumtəhsil məktəbinin bufetində elektrik xətlərində yaranmış qısaqapanma nəticəsində kiçikmiqyaslı yanğın qeydə alınıb.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, əvvəlcədən görülmüş təhlükəsizlik tədbirləri sayəsində yanğının genişlənməsinin qarşısı alınıb.

Şagirdlər və pedaqoji heyət dərhal təhlükəsiz əraziyə təxliyə edilib və onların səhhətində heç bir problem qeydə alınmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Hazırda hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Təlim-tədris prosesi isə fasiləsiz şəkildə davam edir.

Xatırladaq ki, bu gün Mingəçevirdə Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb.