Mingəçevirdə maşın iki qadını vurdu - Ölən və xəsarət alan var + Yenilənib

mingecevirde-masin-iki-qadini-vurdu
Oxunma sayı: 1443

Mingəçevirdə piyada ölümü ilə nəticələnən qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, “Vaz 2106” markalı avtomobilin törətdiyi qəza nəticəsində 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova dünyasını dəyişib, 1956-cı il təvəllüdlü Zöhrə İsmayılova isə xəsarət alıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb. Araşdırılma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 19:00 radələrində 1956-cı il təvəllüdlü şəxs (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Sol ayağın incik sümüyünün, sağ qolun bazu sümüyünün sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü şəxsin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb”, - TƏBİB-in məlumatında bildirilib.

Ziya Əmirxanlı