ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın İrana qarşı həyata keçirdiyi hava əməliyyatlarını dayandırmağa yönəlmiş təşəbbüsü rədd edib.
“Qafqazinfo” xəbər verir ki, səsvermə nəticəsində palata müharibə səlahiyyətləri ilə bağlı qətnaməni qəbul etməyərək, prezidentin hərbi əməliyyatlarla bağlı qərarını dəstəkləyib.
Səsvermədə Respublikaçılar və Demokratlar arasında ciddi fikir ayrılığı yaşanıb. Nəticədə qətnamə 219 lehinə və 212 əleyhinə səslə rədd edilib.
Respublikaçıların az fərqlə üstünlük təşkil etdiyi palatada bu qərar prezidentin mövqeyini gücləndirib.
Qeyd edək ki, səsvermə ABŞ və İran arasında artan gərginliyin altıncı gününə təsadüf edir və Vaşinqtonun regiondakı hərbi strategiyası ətrafında müzakirələrin davam etdiyini göstərir. Bu qərar Trampın İrana qarşı davam edən hava əməliyyatlarını siyasi baxımdan daha da möhkəmləndirir.
Son xəbərlər
Son Xəbərlər