Minlərlə insan meydana çıxdı- - Prezident ailəsi ilə qoşuldu+Video

minlerle-insan-meydana-cixdi-
Oxunma sayı: 5939


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, aksiyada Çeçenistan prezidenti Ramzan Kadırov da ailəsi ilə birgə iştirak edir. Aksiyada iştirak edənlərin sayı isə artmaqda davam edir. Çeçenistan müftisinin sözlərinə görə, mitinqə qatılmaq üçün bütün Qafqazdan Qroznıya axın başlayıb. 

Prezident Kadırov isə nümayişçilər qarşısında çıxış edərək avropalı jurnalistlər və siyasətçiləri inanclı insanların hisslərini təhqir etməkdə ittiham edib: “Biz qoymarıq ki, peyğəmbərin təhqir edilməsi cəzasız qalsın. Görürük ki, avropalı jrunalistlər və siyasətçilər azad söz və demokratiya haqda saxta şüarlarla ədəbsizlik, mədəniyyətsizlik, 100 milyonlarla insanın dini hisslərini təhqir etmək  azadlığı elan ediblər. Onlar hansı söz azadlığından danışırlar. Rusiya Amerika və Avropanı Suriya İraqa qarşı terrorizmdə, həmçinin Ukraynada müharibənin qızışmasında ittiham etdi, Qərb ölkələri və Amerika isə Rusiyaya qarşı sanksiya tətbiq etdilər”. 

Kadırovun çıxışından sonra havaya peyğəmbərə sevgini simvolizə edən ağ və qırmızı şarlar buraxılıb.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi mitinqdə 800 mindən  çox insanın iştirak etdiyini açıqlayıb.