Misirdə qadınlar muzeyi yaradılacaq

misirde-qadinlar-muzeyi-yaradilacaq
Oxunma sayı: 1741

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə misirli qadınlar muzeyinin yaradılmasına dair göstəriş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Misir lideri bu barədə Beynəlxalq Analar Günü və Misir Qadınlar Günü ilə bağlı keçirilən tədbirdə danışıb. 

O vurğulayıb ki, muzeyin yaradılmasında məqsəd misirli qadınların irsini qorumaq, eləcə də qədim və müasir Misirdə onların hüquq və imkanlarının genişləndirilməsi prosesini sənədləşdirməkdir. 

Əs-Sisi qeyd edib ki, muzey yeni inzibati paytaxtda yerləşəcək.