Mişustin Əsədova zəng etdi

misustin-esedova-zeng-etdi
Oxunma sayı: 2147

Fevralın 16-da Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Baş naziri Əli Əsədova zəng edib.

“Qafqazinfo” Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mixail Mişustin Azərbaycan Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Əli Əsədovu təbrik edib.

Telefon danışığı əsnasında tərəflər Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə ümidvar olduqlarını bildiriblər.