Mobil Babayev vəfat etdi - Yenilənib

mobil-babayev-vefat-etdi
Oxunma sayı: 5443

Bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Mobil Babayev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

Bəstəkar dünən gecə vəfat edib.

***

Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev ilə vida mərasimi noyabrın 10-da, saat 12:00-da Təzəpir Məscidində keçiriləcək.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.