“Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir”

moskva-baki-ile-problemli-meselelerin-hellini-gozleyir
Oxunma sayı: 2228

“Moskva Bakı ilə mövcud problemlərin həllini gözləyir”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” proqramının müəllifi və aparıcısı Pavel Zarubinə verdiyi müsahibədə bildirib.

“Rusiya ilə Azərbaycan arasında əlaqələr tamamilə kəsilməyib. Qeyd etmək lazımdır ki, bu, ikitərəfli münasibətlərimizin tarixində ən yaxşı dövr olmasa da, ticari-iqtisadi əməkdaşlığımızın həcmi artmaqda davam edir", – deyə Peskov vurğulayıb.