Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif “Rustavi-2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.
“Qafqazinfo”nun xəbərinə görə, Zaxarova qalmaqala reaksiyasında sadəcə iki sözdən istifadə edib.
“Gürcülərin bədbəxtçiliyidir...”, - deyə qurum rəsmisi vurğulayıb.
Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər. Kanal rəhbərliyi rəsmən üzr istəyib, əməkdaşlar müvəqqəti olaraq işi dayandırıblar.
Son xəbərlər
Son Xəbərlər