Musa “Yurqorden”in gənclər komandasında qol vurdu

musa-yurqordenin-gencler-komandasinda-qol-vurdu
Oxunma sayı: 1388

Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində oyuna çıxıb.

“Qafqazinfo” İsveç klubunun saytına istinadən xəbər verir ki, gənclərdən ibarət komanda Elit Liqanın kuboku matçında "Norççepinq"dən olan həmyaşıdlarını qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bütün 90 dəqiqəni meydanda olan M.Qurbanlı 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub. “Yurqorden"in saytı Musanın penaltini soyuqqanlı şəkildə yerinə yetirdiyini yazıb. Musanın sonra da qol vurmaq şansı olsa da, rəqib qapıçı onun zərbələrinin qarşısını ala bilib. 

Xatırladaq ki, aprelin 14-də “Yurqorden”in əsas komandası İsveç çempionatının 3-cü turunda “Sirius”la qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Musanın adı bu oyunun iştirakçıları sırasına daxil edilməyib. “Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf bunu komandadakı rəqabətlə əlaqələndirib.