Muxtar Babayev Konqo Prezidentinin nümayəndəsi ilə görüşdü

muxtar-babayev-konqo-prezidentinin-numayendesi-ile-gorusdu
Oxunma sayı: 888

Konqo Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransua Coli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.