Muzeydən Nazarbayevin fiqurunu götürüb onunkunu qoydular - Foto

muzeyden-nazarbayevin-fiqurunu-goturub-onunkunu-qoydular
Oxunma sayı: 5231

Astanada Qazaxıstan Silahlı Qüvvələrinin Dövlət Hərbi-Tarixi Muzeyindən respublikanın birinci Prezidenti Nursultan Nazarbayevin mumdan hazırlanmış fiquru götürülüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tengrinews” agentliyi yayıb. 

Nazarbayevin mum fiqurunun eksponatlar siyahısından çıxarılmasının səbəbi rəsmi olaraq açıqlanmayıb. Sözügedən fiqur 6 il əvvəl muzeydə yerləşdirilib. 

Keçmiş prezidentin fiqurunun yerinə isə Qazaxıstanın birinci müdafiə naziri, Sovet İttifaqı Qəhrəmanı Saqadat Nurmaqambetovun mum fiquru qoyulub.