Naftalanda iftar süfrəsi açılıb - Fotolar

naftalanda-iftar-sufresi-acilib
Oxunma sayı: 1424

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sun City Naftalan” Müalicə Mərkəzində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Milli Qəhrəman İbad Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan bölməsinin qazısı Hacı Anar Orucov, şəhid ailələri, qazilər, həmçinin yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbirə başlamazdan öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı qonaqları salamladıqdan sonra ölkəmizdə sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

İftar süfrəsi “Qurani Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə davam etdirilib.

Sonda Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən nəfis tərtibatlı müqəddəs “Qurani Kərim” kitabı qonaqlara hədiyyə olunub.