Nanənin ölümü haqda xəbərə Tolikdən - Reaksiya

nanenin-olumu-haqda-xebere-tolikden
Oxunma sayı: 19901

Bir neçə saat öncə tanınmış teleaparıcı Nanə Ağaməliyevanın avtomobil qəzasında dünyasını dəyişdiyi haqda məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, qısa vaxt ərzində bu xəbərə bir sıra reaksiyalar gəlib. Maraqlıdır ki, sözügedən məlumatı sosial şəbəkələrdə Nanəyə yaxın olan jurnalistlər yayıb.

Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə bu məlumata münasibət bildirərək, onun yalan olduğunu bildirib:

“Mən Nanəyə hörmət edirəm, amma ətrafımdakı bəzi quyruq bulayanlara demək istəyirəm ki, öyrəşmisiz 100 manata kimlərisə piar eləməyə!!! Siz öləndə heç kim inanmayacaq yalandan gündəm xatirinə gör nələrə əl atırsız!!!

Kül başınıza o bəzi yalandan arvad kimi ağlayan kişiciklərə deyirəm. Nanə ölməyib, sağ-salamatdı. Qubada oteldə, “Porche”nin təqdimatındadı. Yalandan piara görə belə şeyə əl atmayın. Nanənin reklama ehtiyacı yoxdu, ay yazıqlar. Sizin özünüzün bəlkə reklama ehtiyacı var. Əsas da yalandan piar eləməyin ustadı. Şahin Cavadsoy, bu dəfə yalanın çıxdı. Bunda sonra çətin kimsə qələminə inanar. Sabah da o efirlərə möhtac olan müğənniniz haqqında yalandan xəbər yazarsan. Gör, nə günə qalmısız, göz yaşlarınız yalandı!!!”

Qeyd edək ki, aparıcının ölümü haqda məlumatı 7news.az saytı yaymışdı.