Napoleonun papağı rekord məbləğə satıldı

napoleonun-papagi-rekord-meblege-satildi
Oxunma sayı: 3216

Fransada 1804-1815-ci illərdə imperator olan Napoleon Bonapartın papağı hərracda rekord məbləğə satılıb. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı “Osenat” hərrac evi yayıb. 

Məlumata görə, sözügedən papaq Fontenbloda keçirilən hərrac zamanı 1,9 milyon avroya satılıb. 

Təqribən 1810-cu illərə aid edilən bu papaq ilkin olaraq 600-800 min avro dəyərində qiymətləndirilirdi.