Narazılıq olan yolda avtobusların hərəkəti bərpa edildi

naraziliq-olan-yolda-avtobuslarin-hereketi-berpa-edildi
Oxunma sayı: 3678

Bir müddət əvvəl Badamdar-20-ci sahə yolunun 5 ildir marşurt avtobusları üçün bağlı qalması barədə məlumat vermişdik. Məsələ ilə bağlı sakinlər tərəfindən saytımıza çoxsaylı şikayətlər daxil olmuşdu. Həmin vaxt Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sorğumuza cavab olaraq bildirmişdi ki, sözügedən yolda marşrut avtobuslarının hərəkətinin bərpası istiqamətində müvafiq işlər görülür.

“Qafqazinfo” xəbər verir ki, AYNA bu gün eyni yolla bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən 53 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilib. Sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.