Nardaranda aksiya başa çatdı - Yenilənib+Video

nardaranda-aksiya-basa-catdi-yenilenibvideo
Oxunma sayı: 697

“Qafqazinfo”nun məlumatına görə, artıq aksiya başlayıb. Aksiyada ilahiyyatçının azadlığa çıxması tələb olunur.

***
Naradaran istiqamətinə gedən Sabunçu yolu bağlanılıb.Etirazçılar ölkədə baş verən əsgər ölümləriylə yanaşı, son günlər baş verən həbsləri də pisləyirlər./faktxeber.com/

***
Aksiyada çıxış edən və özünü Hacı Əli kimi təqdim edən kənd sakini deyib:

​​«Biz haqqımızı tələb edirik. Qarşıdan seçkilər gəlir. Bizi seçkilər qabağı hədə-qorxu ilə susdura bilməzlər».

Çıxışçılar həmçinin hazırda həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədovla Taleh Bağırovu müqayisə ediblər. Onun savadlı din xadimi olduğunu, bu cür həbslərlə dindarların qarşısını ala bilməyəklərini deyiblər.

Çıxışçılar həmçinin deyiblər: “Əsil narkomanlar, əsil silah alverçiləri azadlıqdadır. Amma onlar möminləri narkoman, silah alverçisi kimi həbs edirlər”.

POLİS GÖZƏ DƏYMİR...

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə polis gözə dəymir. Aksiyaya hər hansı müdaxilə olmayıb.

DİN-dən bildiriblər ki, mitinqin yerli icra hakimiyyəti ilə razılaşdırılıb- razılaşdırılmamasından xəbərsizdirlər. “Dəqiqləşdirmələrdən sonra məlumat veriləcək” deyə əlavə olunub.

Nardarandakı mitinq başa çatıb. Akisyada hər hansı insident baş verməyib./azadliqradiosu/

Qeyd edək ki, Daxili İşlər Nazirliyi həbs olunan ilahiyyatçı Taleh Bağırov və onun sürücü barəsində məlumat yayıb.

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.

Xatırladaq ki, Tale Bağırzadə 1984-cü ildə Bakıda doğulub.

Azərbaycan İqtisad Universitetini bitirib.

İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

Onun məscidlərin birində xütbələrinin videogörüntüsü Youtube-da da yerləşdirilib.