Nardaranda qum karxanasında bədbəxt hadisə - Ölən var

nardaranda-qum-karxanasinda-bedbext-hadise
Oxunma sayı: 1849

Martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Baş prokurorluğa istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.